Mingəçevirdə iki avtomobil toqquşub- FOTO

Mingəçevirdə iki avtomobil toqquşub-

Mingəçevirdə yol qəzası: xəsarət alan yoxdur

Mingəçevirdə iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Azmedia.Az xəbər verir ki, hadisə Heydər Əliyev və M. Maqomayev prospektlərinin kəsişməsində qeydə alınıb.

Məlumata görə, “Prius” və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində nəqliyyat vasitələrinə ziyan dəyib. Qəza zamanı xəsarət alan olmayıb.

Hadisə səbəbindən şəhərin mərkəzi yolunda müəyyən müddət ərzində hərəkət məhdudiyyəti yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov
Azmedia.Az