Bir qrup hərbi qulluqçu təltif edildi – SƏRƏNCAM

Bir qrup hərbi qulluqçu təltif edildi – SƏRƏNCAM

Xidməti vəzifələrinin icrası zamanı fərqlənən Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin bir qrup hərbi qulluqçusu dövlət təltiflərinə layiq görülüb.

Azmedia.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sentyabrın 25-də Sərəncam imzalayıb. 

Sərəncama əsasən, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin xidməti vəzifələrini yerinə yetirərkən fərqlənmiş bir qrup hərbi qulluqçusu təltif olunub.

Belə ki, “Vətən uğrunda” medalı ilə:

  • Abbasov Abbas Tofiq oğlu – polkovnik təltif edilib.

“Hərbi xidmətlərə görə” medalı ilə isə:

  • Məmmədov Anar Əliağa oğlu – polkovnik-leytenant;
  • Əliyev Fariz Atabəy oğlu – mayor;
  • Hüseynov Musa Mirzağa oğlu – mayor;
  • Quliyev Vahid Vaqif oğlu – mayor;
  • Şirinov Seymur Kamran oğlu – mayor təltif olunublar.