Mingəçevirdə qayığın sahilə çırpılması həyəcanlı anlara səbəb olub- VİDEO
Mingəçevirdə Kür çayında hərəkətdə olan kiçik sərnişin qayığının sahilə çırpılması həyəcanlı anlara səbəb olub.
Azmedia.Az xəbər verir ki, hadisə axşam saatlarında Kür çayında, “River Side” otelinin çay sahilində yerləşən açıq hava restoranının ərazisində baş verib.
Məlumata görə, kiçik sərnişin qayığı hərəkət zamanı gözlənilmədən sahilə doğru istiqamətlənərək restoranın çay kənarındakı hissəsinə çırpılıb. Hadisə qayıqda olan sərnişinlər və ərazidəki şəxslər arasında narahatlıq və həyəcan yaradıb.
Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan və ya zərərçəkən olmayıb.
İlkin məlumata əsasən, hadisənin qayığın sürət həddinin düzgün seçilməməsi və ehtiyatsız manevrlə əlaqəli olduğu bildirilir.
Ehtiram Muradov
Azmedia.Az


