Xüsusi Dövlət Xidmətinin rəis müavininə general-leytenant rütbəsi verildi

Xüsusi Dövlət Xidmətinin rəis müavininə general-leytenant rütbəsi verildi

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İbiş oğlu İsmayılova ali hərbi rütbə verilib.

Azmedia.Az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini, general-mayor Allahverən İbiş oğlu İsmayılova “general-leytenant” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb. 

Sərəncama əsasən, general-mayor Allahverən İsmayılova bundan sonra “general-leytenant” ali hərbi rütbəsi ilə xidmətini davam etdirəcək.

Qeyd edək ki, Allahverən İbiş oğlu İsmayılov Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini vəzifəsini tutur.