Bakı Beynəlxalq Caz Festivalının qurucularından biri Nuri Əhmədov vəfat edib- FOTO
Bakı Beynəlxalq Caz Festivalının qurucularından biri, Nuri Ağa Mirzə oğlu Əhmədov vəfat edib.
Azmedia.Az xəbər verir ki, Nuri Əhmədovun vəfat etməsi barədə aktyor Bəhram Bağırzadə məlumat yayıb.
Mərhumun ölüm səbəbi ilə bağlı hər hansı məlumat açıqlanmayıb.
Qeyd edək ki, Nuri Əhmədov 1995–2014-cü illərdə Azərbaycan-Britaniya birgə müəssisəsi olan “AzEuroTel” rabitə şirkətinin qurucusu və baş direktoru kimi fəaliyyət göstərib.


