Kartdan-karta pul köçürənlərin diqqətinə: Yeni tariflər açıqlandı – Məbləğlər belə olacaq

Kartdan-karta pul köçürənlərin diqqətinə: Yeni tariflər açıqlandı – Məbləğlər belə olacaq

Azərbaycanda kartdan-karta pul köçürmələri ilə bağlı yeni xidmət haqqı tarifləri müəyyənləşdirilib. Dəyişikliklər çərçivəsində ödəniş sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, əməliyyatların məbləğinə uyğun yeni tariflər müəyyən edilib.

Azmedia.Az xəbər verir ki, bu barədə Oxu.az məlumat yayıb.

Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib. Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS) və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə xidmət haqlarının yuxarı həddi müvafiq olaraq 2 və 1,5 dəfə azaldılıb.

Milli valyutada aparılan əməliyyatlar üzrə xidmət haqları aşağıdakı kimi müəyyənləşdirilib.

İştirakçıların AZIPS vasitəsilə ödəniş sərəncamlarının icrasına görə:

0–100 AZN məbləğ aralığında – 0,2 AZN;

100,01–1 000 AZN məbləğ aralığında – 0,5 AZN;

1 000,01–10 000 AZN məbləğ aralığında – 2 AZN;

10 000,01–40 000 AZN məbləğ aralığında – 10 AZN;

40 000,01 AZN və daha yüksək məbləğlər üzrə – 20 AZN.

İştirakçıların XÖHKS vasitəsilə ödəniş sərəncamlarının icrasına görə:

0–100 AZN məbləğ aralığında – 0,1 AZN;

100,01–1 000 AZN məbləğ aralığında – 0,25 AZN;

1 000,01–10 000 AZN məbləğ aralığında – 1 AZN;

10 000,01–40 000 AZN məbləğ aralığında – 5 AZN;

40 000,01 AZN və daha yüksək məbləğlər üzrə – 10 AZN.

Hökumət Ödəniş Portalı vasitəsilə göndərilən ödəniş sərəncamlarının icrasına görə:

0–100 AZN məbləğ aralığında – 0,03 AZN;

100,01–1 000 AZN məbləğ aralığında – 0,1 AZN;

1 000,01–10 000 AZN məbləğ aralığında – 1 AZN;

10 000,01–40 000 AZN məbləğ aralığında – 4 AZN;

40 000,01 AZN və daha yüksək məbləğlər üzrə – 8 AZN.

Xarici valyutada aparılan əməliyyatlar üçün də xidmət haqları müəyyən edilib.

Müştərinin AZIPS vasitəsilə ABŞ dollarında (USD) olan ödəniş sərəncamlarının icrasına görə:

0–100 USD məbləğ aralığında – 0,2 USD;

100,01–1 000 USD məbləğ aralığında – 0,5 USD;

1 000,01–10 000 USD məbləğ aralığında – 2 USD;

10 000,01–40 000 USD məbləğ aralığında – 10 USD;

40 000,01 USD və daha yüksək məbləğlər üzrə – 20 USD.

Avro (EUR) ilə olan ödəniş sərəncamlarının icrasına görə:

0–100 EUR məbləğ aralığında – 0,2 EUR;

100,01–1 000 EUR məbləğ aralığında – 0,5 EUR;

1 000,01–10 000 EUR məbləğ aralığında – 2 EUR;

10 000,01–40 000 EUR məbləğ aralığında – 10 EUR;

40 000,01 EUR və daha yüksək məbləğlər üzrə – 20 EUR.

Britaniya funt sterlinqi (GBP) ilə olan ödəniş sərəncamlarının icrasına görə:

0–100 GBP məbləğ aralığında – 0,2 GBP;

100,01–1 000 GBP məbləğ aralığında – 0,5 GBP;

1 000,01–10 000 GBP məbləğ aralığında – 2 GBP;

10 000,01–40 000 GBP məbləğ aralığında – 10 GBP;

40 000,01 GBP və daha yüksək məbləğlər üzrə – 20 GBP.

Qeyd edək ki, yeni tariflər aprelin 1-dən tətbiq olunacaq.