Ağdamda ağıq qəza - Piyada vuruldu
Ağdamda gənc piyadanı avtomobil vurub.
Azmedia.Az -ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Xındırıstan kəndi ərazisində baş verib. 2009-cu il təvəllüdlü rayon sakini Günel Şirinli yolu keçərkən "VAZ" 2107 markalı avtomobil onu vurub. Yaralı piyada xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


