Yevlaxda qəza: 3 nəfər yaralanıb
Yevlaxda yol qəzasında 3 nəfər yaralanıb.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Xaldan şossesində, Varvara kəndi istiqamətinə dönən yol ayrıcında baş verib. Belə ki, “Renault” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlar 1962-ci il təvəllüdlü Elxan Nəbiyev, 1968-ci il təvəllüdlü Həqiqət Musayeva və 1995-ci il təvəllüdlü Ceyhun Nəbiyevdir.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


