FIFA prezidenti Hövsanda: 10 futbol meydançası ilə tanış oldu – FOTO

FIFA prezidenti Hövsanda: 10 futbol meydançası ilə tanış oldu –

FIFA prezidenti Canni İnfantino Azərbaycana səfəri çərçivəsində Hövsanda U-15 Dünya Çempionatı üçün hazırlanan futbol meydançalarına baxış keçirib. 

Azmedia.Az xəbər verir ki, FIFA prezidenti Canni İnfantino Bakıda keçiriləcək U-15 Dünya Çempionatına hazırlıq işləri ilə tanış olmaq məqsədilə Azərbaycana səfəri çərçivəsində Hövsan qəsəbəsində olub.

İnfantino burada qısa müddətdə istifadəyə hazırlanmış 10 futbol meydançasına baxış keçirib. FIFA prezidentini AFFA rəsmiləri müşayiət edib. 

Səfər zamanı Hövsanda yaradılan futbol kompleksində tikinti və təşkilati işlərin gedişi barədə FIFA rəhbərinə məlumat verilib. İnfantinonun hazırlıq prosesindən məmnun qaldığı bildirilib. 

Qeyd edək ki, FIFA prezidentinin Azərbaycana səfərinin əsas məqsədi Bakıda keçiriləcək U-15 Dünya Çempionatı və Festivalı 2026 ilə bağlı hazırlıq işləri ilə tanış olmaqdır. Turnirin 24–30 oktyabr tarixlərində keçirilməsi planlaşdırılır. 

Hövsanda yerləşən kompleksdə ümumilikdə 10 futbol meydançası hazırlanır.