Azərbaycan, Türkiyə, Özbəkistan və İran prezidentləri Bişkekdə görüş keçiriblər- FOTO

Azərbaycan, Türkiyə, Özbəkistan və İran prezidentləri Bişkekdə görüş keçiriblər-

Azərbaycan, Türkiyə, Özbəkistan və İran prezidentləri Qırğızıstanın paytaxtı Bişkekdə görüşüblər.

Azmedia.Az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və İran Prezidenti Məsud Pezeşkian bir araya gələrək birgə foto çəkdiriblər.

Görüş zamanı dövlət başçıları arasında səmimi söhbət baş tutub.

Qeyd edək ki, Azərbaycan, Türkiyə, Özbəkistan və İran liderləri Şanxay Əməkdaşlıq Təşkilatının tədbirləri çərçivəsində Bişkekdə səfərdədirlər.