Nazirlər Kabineti yanında komissiyanın sədri dəyişdi – Yeni təyinat rəsmiləşdi- FOTO

Nazirlər Kabineti yanında komissiyanın sədri dəyişdi – Yeni təyinat rəsmiləşdi-

Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın rəhbərliyində dəyişiklik edilib. Baş nazir Əli Əsədovun imzaladığı qərarla komissiyanın sədri vəzifəsi baş nazirin müavini Teymur Musayevə həvalə olunub.

Azmedia.Az xəbər verir ki, Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri dəyişdirilib.

Bununla bağlı Azərbaycanın Baş naziri Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, komissiyanın yeni sədri baş nazirin müavini Teymur Musayev təyin edilib.

Xatırladaq ki, bu təyinatadək Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaya Baş nazirin sabiq müavini Əli Əhmədov rəhbərlik edirdi.