Bu məşhur kərə yağı ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ - Almayın, mağazalardan yığışdırılır
Fransada istehsal olunan La Ferme des Tertres markalı kərə yağlarında təhlükəli Listeria monocytogenes bakteriyası aşkar edildiyi üçün məhsulların təcili şəkildə satışdan geri çağırılmasına qərar verilib.
Azmedia.Az xəbər verir ki, Fransa hökumətinin qida təhlükəsizliyi platforması RappelConso istehlakçılara həmin məhsulları qətiyyən istifadə etməmək barədə xəbərdarlıq edib.
Geri çağırılma qərarı 250 qramlıq duzsuz və az duzlu (demi-sel) La Ferme des Tertres kərə yağlarına şamil edilir. Məhsullar 22–30 iyul 2026-cı il tarixləri arasında Fransanın Normandiya bölgəsində, o cümlədən Sees, Ranes və Falaise şəhərlərində fəaliyyət göstərən supermarketlər, şarküteri mağazaları və yerli satış məntəqələrində barkodsuz, sadə kağız qablaşdırmada satışa çıxarılıb.
Mütəxəssislərin sözlərinə görə, Listeria monocytogenes bakteriyasının yaratdığı listerioz xəstəliyinin əlamətləri məhsul qəbul edildikdən sonra 8 həftəyədək müddətdə ortaya çıxa bilər. Xəstəlik əsasən yüksək hərarət, baş və əzələ ağrıları ilə başlayır.
Xüsusilə hamilə qadınlar, yaşlılar və immun sistemi zəif olan şəxslərdə infeksiya sinir sistemini zədələyə və ağır fəsadlara səbəb ola bilər.
Fransa səhiyyə qurumları həmin məhsulu alan şəxslərə onu istifadə etmədən məhv etməyi və ya satın aldıqları mağazaya geri qaytarmağı tövsiyə edib. Məhsulu istehlak edən və sonrakı həftələrdə hərarət, baş ağrısı və ya digər narahatedici əlamətlər hiss edən şəxslərə isə dərhal həkimə müraciət etmələri tövsiyə olunur.
Məlumata görə, sözügedən kərə yağının Türkiyəyə rəsmi idxalı həyata keçirilmir. Bununla belə, Normandiya bölgəsindən şəxsi baqajla gətirilmiş məhsulların istifadə olunması ehtimalı nəzərə alınaraq, Fransadan yaxın zamanda qayıdan şəxslərə bu markaya aid məhsulları yoxlamaq tövsiyə edilib.//yenilik


