Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə hansı şəhərdir?
Kuala-Lumpur sentyabrın 30-da dünyanın havası ən çox çirklənmiş iri şəhəri olub. Sinqapur isə eyni göstəriciyə görə qlobal sıralamada üçüncü pillədə qərarlaşıb.
Dünyanın havası ən çox çirklənmiş iri şəhərlərinin növbəti reytinqi açıqlanıb.
Azmedia.Az xəbər verir ki, sentyabrın 30-da Malayziyanın paytaxtı Kuala-Lumpur havanın çirklənmə səviyyəsinə görə ilk sırada yer alıb. Sinqapur isə siyahıda üçüncü mövqedə qərarlaşıb.
Məlumata görə, şəhərlərdə havanın çirklənməsinin əsas səbəblərindən biri qonşu İndoneziyada davam edən meşə yanğınları nəticəsində atmosferə yayılan tüstüdür.
İndoneziyada baş verən yanğınlar bir aydan artıqdır davam edir. Yanğınlardan yaranan tüstü şəhərlərin üzərinə yayılaraq ərazilərdə sıx tüstü dumanının yaranmasına səbəb olub.
Tüstünün Borneo və Sumatra adalarında yanğınların baş verdiyi ərazilərdən yayıldığı bildirilir.
İsveçrənin “IQAir” şirkətinin məlumatına əsasən, sentyabrın 30-da səhər saatlarında Kuala-Lumpurda havanın keyfiyyəti indeksi – AQI 166 göstəricisinə yüksəlib.
Sinqapurda isə həmin göstərici 155 olub. Bu nəticə şəhərin dünyanın havası ən çox çirklənmiş iri şəhərləri arasında üçüncü yerdə qərarlaşmasına səbəb olub.
Qeyd edək ki, AQI müxtəlif hava çirkləndiriciləri üzrə göstəriciləri ümumiləşdirən indeksdir. Bu göstərici havadakı çirkləndiricilərin insan sağlamlığı üçün yarada biləcəyi potensial risk barədə məlumat verir.


