Fərhad Ələkbərov AAYDA-da yeni vəzifəyə təyin edildi

Fərhad Ələkbərov AAYDA-da yeni vəzifəyə təyin edildi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) rəhbər vəzifələrdən birinə yeni təyinat həyata keçirilib.

Azmedia.Az xəbər verir ki, AAYDA sədri Vüsal Nəsirlinin müvafiq əmri ilə Fərhad Ələkbərov Agentliyin Hüquqi təminat departamentinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Fərhad Ələkbərov bundan əvvəl Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Övladlığa götürmə və alternativ qayğı siyasəti şöbəsinin müdiri vəzifəsində çalışıb.

Yeni təyinatla Ələkbərov AAYDA-da hüquqi təminat istiqamətinə rəhbərlik edəcək.