Göyçayda ağır qəza: Ölən var

Göyçayda ağır qəza:

Göyçayda ağır yol qəzası olub, ölən var.

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində baş verib. “Opel”, “KİA” və “Chevrolet” markalı avtomobillər toqquşub. Nəticədə 2012-ci il təvəllüdlü E. Feyzullayeva və 1970-ci il təvəllüdlü Hüseyn Salahov aldıqları xəsərətdən dünyalarını dəyişiblər. Yaralılar isə: 1968-ci il təvəllüdlü İmran Əmrahov, 1964-cü il təvəllüdlü Mehriban Əmrahova, 1988-ci il təvəllüdlü Arzu Feyzullayeva və 2 yaşlı uşaq (qız) olub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Ehtiram Muradov

Azmedia.Az