Göyçayda bıçaqlanma hadisəsi baş verib

Göyçayda bıçaqlanma hadisəsi baş verib

Göyçayda bıçaqlanma olub.

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə rayon mərkəzində baş verib. 46 yaşlı rayon sakini Fariz Səlimov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 36 yaşlı Mikayıl Əliyevə kəsici alətlə xəsarət yetirib. 
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az