Hikmət Hacıyev Ərəb Media Forumunda Azərbaycan–BƏƏ əməkdaşlığını müzakirə edib- FOTO
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib.
Azmedia.Az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib.
Hikmət Hacıyev bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
O, paylaşımında Ərəb Media Forumuna dəvətə görə Abdullah M. Əlhamədə təşəkkürünü bildirib və tədbirin yüksək səviyyədə təşkil olunması münasibətilə təbriklərini çatdırıb.
Hikmət Hacıyev Azərbaycan–BƏƏ strateji tərəfdaşlığının, o cümlədən media və kommunikasiya sahəsində əməkdaşlığın iki ölkə prezidentlərinin rəhbərliyi və baxışlarına uyğun şəkildə daha da inkişaf etdirilməsi ilə bağlı aparılan müzakirələri yüksək qiymətləndirdiyini qeyd edib.


