İlham Əliyev 500 min dollarlıq mükafatını Qarabağa bağışladı

İlham Əliyev 500 min dollarlıq mükafatını Qarabağa bağışladı

Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı” çərçivəsində veriləcək 500 min ABŞ dollarının tam şəkildə Qarabağ Dirçəliş Fonduna köçürülməsinə qərar verib.

Azmedia.Az xəbər verir ki, sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb.

Görüş zamanı Məhəmməd Əbdülsalam dövlət başçısına “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatını təqdim edib.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması istiqamətində göstərdiyi səylərə görə 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb.

Mükafatın şərtlərinə əsasən, Azərbaycan Prezidentinə 500 min ABŞ dolları məbləğində pul mükafatı təqdim edilir.

Prezident İlham Əliyev həmin vəsaitin tam məbləğdə Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib.