İlham Əliyev Özbəkistana gedir – Daşkənd hava limanında hazırlıq başladı VİDEO
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri ərəfəsində Daşkənddə qarşılanma mərasiminə hazırlıq işləri aparılır.
Azmedia.Az xəbər verir ki, Daşkənd hava limanının ərazisi Azərbaycan və Özbəkistanın dövlət bayraqları ilə bəzədilib. Prezident İlham Əliyevin qarşılanma mərasiminin yüksək səviyyədə keçirilməsi üçün zəruri təşkilati tədbirlər həyata keçirilir.
Qeyd edək ki, İlham Əliyevin avqustun 23-də başlayacaq Özbəkistana dövlət səfəri çərçivəsində yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Səfəri işıqlandırmaq üçün Azərbaycanın media nümayəndələri də Özbəkistana yola düşüblər.


