MANATO.AZ bu dəfə vətəndaşı hədələyir, təhqir edir - FOTO
Keçən günlərdə xəbər verərək bildirmişdik ki, Azərbaycanda əhaliyə kiçik kreditlər təqdim edən “Manato.az” və ya “SF Azerbaijan” BOKT-nin əməkdaşı borcunu ödəməyən vətəndaşları açıq aşkar az qala təhqir etməkdədir. Və bu da ilk fakt deyil.
Azmedia.Az xəbər verir ki, Nicat Tağıyev şirkətə olan borcuna görə BOKT-nin xanım əməkdaşından qeyri-etik mesaj aldığını bildirib.
Belə ki, mesajda BOKT-nin əməkdaşı 150 manat borcunu ödəyə bilməyən N.Tağıyevə “ailənə salam verdik” sözləri ilə qarşı tərəfin ailə dəyərlərini təhqir edib. Hətta şirkət rəsmisi “rəisin yanında 150 manatı ödəyə bilməyib yekə-yekə danışmağınızın izahını verərsiz” deyə mesajına əlavə də edib.
Görünən odur ki, şirkət rəsmisi artıq bu kimi hallarla qarşılaşıb və vətəndaşları “rəis” dedikləri şəxsin yanına çağırıblar. “Rəis” dedikləri şəxsin vətəndaşlarla necə rəftar etdiyini biz deyə bilmərik, amma əməkdaşın ona arxalanması onu deyir ki, bu kimi vəziyyətlərdə “rəis” “lazımi” addımları atır.//operativ


