Pensiyalar ödənildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə aprel ayının pensiyalarını ödəyib.
Azmedia.Az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu qrafikə uyğun olaraq köçürülüb.
Digər bölgələr üzrə pensiyaların bu ayın 20-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.
Müavinətlər və ünvanlı dövlət sosial yardımları isə oktyabrın 23-dən gec olmayaraq ödəniləcək.


