Mingəçevirdə 44 yaşlı kişi mübahisə zəminində bıçaqlandı
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlanıb.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, 44 yaşlı Elşad Məmmədov mübahisə zəminində bıçaqlanaraq kəsilmiş-deşilmiş xəsarətlər alıb.
Yaralı xəstəxanaya çatdırılıb. Hadisəni törədən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az




