Mingəçevirdə avtomobil qəzası – Xəsarət alan var
Mingəçevirdə yol qəzası olub, yaralanan var.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə az öncə Samux küçəsində baş verib. İki minik avtomobilinin toqquşması zamanı müxtəlif bədən xəsarətləri alan 1975-ci il təvəllüdlü şəhər sakini Məmmədov Elman Yusif oğlu xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


