Mingəçevirdə qanlı hadisə: 20 yaşlı gənc xəstəxanalıq olub
Mingəçevirdə 20 yaşlı gənc kəsilmiş deşilmiş bədən xəsarətilə xəstəxanaya çatdırılıb.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumatına görə, hadisə şəhər ərazisində yerləşən kafelərin birində qeydə alınıb. 21 yaşlı Bayandur Hüseynov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı, 20 yaşlı Mətləb Rzayevin ayağına bıçaqla xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


