Polis Siyəzəndə 14 nəfəri saxladı

Polis Siyəzəndə 14 nəfəri saxladı

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 14 nəfər saxlanılıb.

Bu barədə Azmedia.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi silsilə tədbirlər nəticəsində qanunsuz əməllərdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Onlardan ümumilikdə 6 kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və həblər aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.//sfera