Mingəçevirdə 19 yaşlı tələbəni bıçaqlayan tələbə yoldaşı saxlanıldı

Mingəçevirdə 19 yaşlı tələbəni bıçaqlayan tələbə yoldaşı saxlanıldı

Mingəçevirdə tələbə yoldaşını bıçaqladı.

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Mingəçevir Turizm Kollecinin yaxınlığındakı evlərdən birində baş verib.

Belə ki, kollecin 19 yaşlı tələbəsi Dağlar Mehdizadə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tələbə yoldaşı, 18 yaşlı Nurəddin Hüseynov tərəfindən bıçaqlanıb. O, sağ kürək nahiyəsindən xəsarət alıb.

Yaralı tələbə təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Nurəddin Hüseynov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az