İcra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı – QALMAQALIN TƏFƏRRÜATLARI- FOTO

İcra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı – QALMAQALIN TƏFƏRRÜATLARI-

Şəki rayonunun Oxud kəndində yerli icra nümayəndəsi ilə bələdiyyə sədri arasında mübahisə davaya çevrilib. İnsident zamanı bələdiyyə sədri başından xəsarət alaraq xəstəxanaya müraciət edib.

Azmedia.Az xəbər verir ki, hadisə oktyabrın 30-da axşam saatlarında, kənddə toy mərasimindən əvvəl təşkil olunan “Ciyər axşamı” məclisində baş verib.

Məlumata görə, Şəki Rayon İcra Hakimiyyəti başçısının Oxud kəndi üzrə icra nümayəndəsi Oruc Əhmədov kəndin bələdiyyə sədri Tərlan Səlimovla mübahisə edib.

Bildirilir ki, həmin vaxt icra nümayəndəsi içkili vəziyyətdə olub. O, məclis zamanı yüksək səslə atmacalı ifadələr işlədib. Bələdiyyə sədri isə onun davranışına iradını bildirib.

Bundan qəzəblənən Oruc Əhmədov stolun üzərindəki şüşə butulkanı götürərək Tərlan Səlimovun başına vurub.

Xəsarət alan bələdiyyə sədri xəstəxanaya müraciət edib və onun başına tikiş qoyulub.

Məlumatda, həmçinin Oruc Əhmədovun qaynının Şəki Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində çalışdığı bildirilir.

Faktla bağlı Şəki Rayon Polis İdarəsində araşdırma başlanıb.

Oruc Əhmədovun qaynı Səhuhi İlyasovun Şəki Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində çalışdığı bildirilir.

///Teleqraf.az