Qax–Şəki avtomobil yolunda ağır qəza: Ölən var
Qax–Şəki yolunda ağır qəza baş verib, bir nəfər ölüb
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, Qax–Şəki avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata əsasən, "Mercedes" və "Niva" markalı avtomobillərin toqquşması nəticəsində "Mercedes"də sərnişin olan 60 yaşlı Tacəddin Əhmədov hadisə yerində həyatını itirib.
Qəza zamanı "Mercedes"in 44 yaşlı sürücüsü Xəyal Həşimov, "Niva"nın 66 yaşlı sürücüsü Novruz Mənəfov və "Mercedes"də olan digər sərnişin – 52 yaşlı Zaur Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı cinayət işi başlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır.
Ehtiram Muradov
Azmedia.Az


