SON DƏQİQƏ: Bakıda tikiş sexində partlayış — 2 nəfər yaralanıb

SON DƏQİQƏ:

Bakının Qaradağ rayonunda tikiş sexində yanğınla nəticələnən partlayış baş verib. Hadisə zamanı 2 nəfər xəsarət alıb.

Azmedia.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Qaradağ rayonunda ümumi sahəsi 67 kvadratmetr olan, tikiş sexi kimi fəaliyyət göstərən birmərtəbəli 3 otaqlı tikilidə yanğınla nəticələnən partlayış baş verib.

Nəticədə tikilinin 2 otağının yanar konstruksiyaları 37 kvadratmetr sahədə yanıb.

Hadisə zamanı 2 nəfər xəsarət alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.