Bakının mərkəzində yeni park yaradılır – 12 hektarlıq ərazidə tikililər söküləcək
Bakı şəhərində 12 hektar ərazini əhatə edən yeni istirahət parkının yaradılması ilə bağlı layihənin icrasına başlanılır.
Azmedia.Az xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən təsdiqlənib.
Məlumata görə, yeni parkın salınması Bakı şəhərinin Nəsimi rayonunda 28 May küçəsindən Xətai rayonunda Babək prospekti 3 ünvanınadək uzanan ərazini əhatə edəcək.
Layihənin həyata keçirilməsi “Xezer-Construction” MMC-yə həvalə olunub. Şirkətə görüləcək işlərə görə ümumilikdə 35 milyon 229 min 641 manat ödənilməsi nəzərdə tutulub.
Layihəyə əsasən, gələcək parkın yerləşəcəyi ərazidə mövcud tikililərin sökülməsi, asfalt örtüyünün və dəmir yolu xətlərinin demontajı planlaşdırılır.
Qeyd edək ki, layihənin ilkin dəyəri 49 milyon 440 min 118 manat müəyyən edilmişdi.


