Sumqayıtın mərkəzində iki avtomobil toqquşdu: Biri ağaclığa girdi - VİDEO

Sumqayıtın mərkəzində iki avtomobil toqquşdu:

Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Azmedia.Az xəbər verir ki, "Chevrolet Cruze" və "Mercedes" markalı avtomobillər toqquşub.

Zərbədən sonra "Chevrolet Cruze" yol kənarındakı ağaclıq əraziyə düşüb.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.