Xırdalanda sahibsiz itlər qadına hücum edib – Vəziyyəti ağırdır

Xırdalanda sahibsiz itlər qadına hücum edib –

Abşeron rayonunda qadın sahibsiz itlərin hücumuna məruz qalıb.

Azmedia.Az-ın xəbərinə görə, hadisə Xırdalan şəhərində baş verib.

Məlumata görə, bu gün səhər saatlarında şəhərin Ənnağı Bünyadov küçəsində bir neçə sahibsiz it qadına hücum edib. Nəticədə qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, yaralı dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.//news24