Trampdan Hörmüz boğazı ilə bağlı açıqlama: Neft daşınmasında rekord göstərici
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından ötən gecə rekord həcmdə neft daşındığını açıqlayıb.
Azmedia.Az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə İllinoys ştatına yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Trampın sözlərinə görə, Hörmüz boğazından daşınan neftin həcmi ABŞ-nin İranla müharibəyə başlamasından əvvəlki göstəricini də keçib.
ABŞ Prezidenti konkret olaraq nə qədər neftin daşındığını açıqlamayıb.
Tramp bildirib ki, müharibənin başa çatmasından sonra neftin qiymətində ciddi ucuzlaşma baş verə və bununla əlaqədar digər qiymətlər də aşağı düşə bilər.
ABŞ lideri hazırda neftin qiymətinin keçmiş prezident Co Baydenin administrasiyası dövründəki göstəricidən daha aşağı olduğunu da qeyd edib.
Kpler-in məlumatına əsasən, sentyabrın 20-dən başlayan həftə ərzində indiyədək Hörmüz boğazından 33,7 milyon barel xam neft daşınıb. Əvvəlki həftə ərzində isə bu göstərici 49,2 milyon barel təşkil edib.


