Qızına deyilən nalayiq söz qanlı sonluqla bitdi
Kürəkənini öldürməkdə təqsirləndirilən Firdovsi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Azmedia.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nemət Məmmədovun sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunub. Hökmə əsasən, Firdovsi Hüseynov 8 il 11 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Firdovsi Hüseynovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Xatırladaq ki, hadisə 2026-cı il fevralın 17-dən 18-nə keçən gecə baş verib. Belə ki, Firdovsi Hüseynov qızının nişanlısı Rəşad Hüseynovun qızının ünvanına nalayiq sözlər dediyinə görə evdən bıçaq götürərək R.Hüseynovun yaşadığı evin həyətinə gedib.
Aralarında yaranan münaqişə zamanı F.Hüseynov bıçaqla R.Hüseynovun sinəsinə zərbə endirərək ona ağır bədən xəsarəti yetirib. Xəstəxanaya çatdırılan R.Hüseynov 40 gün sonra vəfat edib.
Faktla bağlı cinayət işi başlanıb. Firdovsi Hüseynov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.//oxu


