Ərdoğandan İlham Əliyevə xüsusi zəng – telefon danışığının səbəbi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də axşam saatlarında Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Azmedia.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də axşam saatlarında Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb. Telefon danışığı zamanı Ərdoğan Azərbaycanda Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla yad etdiyini bildirib.
Prezident İlham Əliyev isə telefon zənginə görə Türkiyə Prezidentinə təşəkkürünü çatdırıb.


