Prezident İlham Əliyev prokurorluq əməkdaşlarına yüksək rütbələr verdi – SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Azmedia.Az xəbər verir ki, Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşına ali xüsusi və ali hərbi rütbələr verilib.
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, dörd prokurorluq əməkdaşı müxtəlif ali xüsusi və ali hərbi rütbələrə layiq görülüb.
II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi:
Sənan İsa oğlu Paşayev – Naxçıvan Muxtar Respublikasının prokuroru.
III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi:
Emin Ramiz oğlu Mürsəliyev – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini;
Asəf Vaqif oğlu Sarıkişiyev – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini.
“Ədliyyə general-mayoru” ali hərbi rütbəsi:
Nihad Ənvər oğlu Şıxəliyev – Azərbaycan Respublikası Hərbi prokurorunun müavini.
Beləliklə, Sərəncamla bir nəfərə II dərəcəli dövlət ədliyyə müşaviri, iki nəfərə III dərəcəli dövlət ədliyyə müşaviri, bir nəfərə isə “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.


