Türkiyədə mikroavtobusla avtomobil toqquşdu - 7 ölü, 13 yaralı

Türkiyədə mikroavtobusla avtomobil toqquşdu -

Türkiyənin Qaziantep şəhərində sərnişin mikroavtobusu ilə minik avtomobili toqquşub.

Azmedia.Az TRT-yə istinadən xəbər verir ki, qəza Qaziantep-Osmaniye avtomobil yolunun kənd ərazisində, Acaroba yaxınlığında qeydə alınıb.

Sürücüsünün şəxsiyyəti hələ müəyyən edilməyən 34 HBS 100 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu 31 AHB 98 nömrə nişanlı avtomobillə toqquşduqdan sonra aşıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra qəza yerinə səhiyyə, jandarma, yanğınsöndürmə və AFAD qrupları cəlb olunub.

İlkin məlumatlara görə, qəza nəticəsində 7 nəfər həyatını itirib, 13 nəfər isə yaralanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.//qafqazinfo