Rüstəm Məmmədov Avropada tarix yazmağa hazırlaşır – HFL Fight League-də Azərbaycanı təmsil edəcək- FOTO
Azərbaycanlı döyüşçü Rüstəm Məmmədov Avropada keçiriləcək HFL Fight League turnirində ölkəmizi təmsil edəcək.
Azmedia.Az xəbər verir ki, Rüstəm Məmmədov HFL Fight League liqasında 80–90 kq çəki dərəcəsində mübarizə aparacaq.
Məmmədovun bu turnirdə iştirakı Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. Belə ki, o, HFL Fight League-də Azərbaycanı təmsil edən ilk döyüşçü olacaq.
Gənc idmançı qarşıdakı görüşdə ölkəmizin bayrağı altında mübarizə apararaq Azərbaycanı beynəlxalq arenada təmsil edəcək.


