Gəncədə iki avtomobil toqquşdu - Xəsarət alanlar var - FOTO

Gəncədə iki avtomobil toqquşdu -

Gəncədə iki avtomobil toqquşub.

Azmedia.Az xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. ​

Belə ki, “Volkswagen Passat” markalı avtomobilin sürücüsü Pərviz Hüseynov  ötmə əməliyyatı edərkən öz yolu ilə hərəkətdə olan “Mercedes” markalı avtomobillə toqquşub.  Qəza nəticəsində “Mercedes” idarəetməni itirərək aşıb.

​Hadisə zamanı “Mercedes” markalı avtomobilin sürücüsü İsmayıl Bayramov və maşında olan  sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma başlanılıb.//qafqazinfo