Yevlax Regional Xəstəxanasında baş həkim dəyişdi

Yevlax Regional Xəstəxanasında baş həkim dəyişdi

Yevlax Regional Xəstəxanasının idarəetmə aparatının rəhbəri – baş həkim Mirrəhim Nəbiyev tutduğu vəzifədən azad edilib.

Azmedia.Az xəbər verir ki, “Ağciyər Xəstəlikləri Mərkəzi” PHŞ-nin Yevlax Regional Xəstəxanasının idarəetmə aparatının rəhbəri – baş həkim Mirrəhim Nəbiyevin vəzifəsinə xitam verilib.

Müvafiq əmrlə Mirrəhim Nəbiyev Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edilib.

Hazırda xəstəxananın rəhbərliyinin kimə həvalə olunacağı barədə məlumat yoxdur.

Qeyd edək ki, Mirrəhim Nəbiyevin vəzifədən azad edilməsinin səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.

Ehtiram Muradov

Azmedia.Az