AAYDA-nın bu institutunun dövlətə yarım milyon manatdan çox vergi borcu var - FOTO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus “Azəryolelmitədqiqatlayihə İnstitutu” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə irihəcmli vergi borcunun olduğu məlum olub.
Azmedia.Az-ın əldə etdiyi məlumata görə, nizamnamə kapitalı 240 000 AZN olan dövlət şirkətinin hazırda dəqiq olaraq 508 278.52 AZN məbləğində vergi borcu yaranıb.
Hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllə olaraq qeydiyyata alınan institutun qanuni təmsilçisi Dilqəm Seyfəddin oğlu Qəniyevdir. //32gun


