Ağdaşda yük maşını idarəetmədən çıxdı - Xəsarət alan var - FOTO

Ağdaşda yük maşını idarəetmədən çıxdı -

Ağdaşda yük maşını qəza törədib, yaralanan var.   

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Ağdaş-Qəbələ avtomagistralında, Türyançay qəsəbəsi yaxınlığında baş verib. İdarəetmədən çıxan kiçik tutumlu yük maşını yol kənarındakı ağaca çırpılıb. Hadisə zamanı xəsarət alan rayon sakini olan sürücü Ceyhun Seyfəddin xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov 

Azmedia.Az