Ancelina Coli Los-Ancelesdəki dəbdəbəli villasını satır

Ancelina Coli Los-Ancelesdəki dəbdəbəli villasını satır

Hollivud ulduzu Ancelina Coli ABŞ-nin Los-Anceles şəhərində yerləşən lüks malikanəsini satışa çıxarıb.

Azmedia.Az xəbər verir ki, məşhur aktrisanın şəhərin ən nüfuzlu ərazilərindən biri hesab edilən Los-Feliz məhəlləsində yerləşən tarixi evi üçün 29,85 milyon dollar (təxminən 51 milyon manat) tələb etdiyi bildirilir.

Təxminən 2,1 akr (1 akr 0,4 hektara bərabərdir – red.) ərazini əhatə edən malikanədə 6 yataq otağı və 10 hamam otağı yerləşir. “Beaux-Arts” memarlıq üslubunda inşa edilən evdə ayrıca qonaq evi, hovuz, fitness studiyası, çay evi və xüsusi təhlükəsizlik bölməsi də mövcuddur.