Azərbaycanda yüksəkmaaşlı vakansiyaların hansı sahələrə aid olduğu AÇIQLANDI

Azərbaycanda yüksəkmaaşlı vakansiyaların hansı sahələrə aid olduğu

Azərbaycanda yüksəkmaaşlı vakansiyaların hansı sahələrə aid olduğu məlum olub.

Azmedia.Az xəbər verir ki, bununla bağlı Dövlət Məşğulluq Agentliyindən "Report"un sorğusuna cavab verilib.

Bildirilib ki, hazırda sistemdə mövcud olan yüksəkmaaşlı vakansiyalar əsasən informasiya və rabitə, maliyyə və sığorta, emal sənayesi və digər sahələr üzrədir.

Qeyd olunub ki, həmin vakansiyalar şöbə rəisi, maliyyə departamentinin direktoru kimi rəhbər vəzifələri əhatə edir.

Eyni zamanda vakansiya bankında xidmət, ticarət, istehsal, kənd təsərrüfatı və digər sahələr üzrə də yüksəkmaaşlı iş yerləri mövcuddur.

Həmçinin bildirilib ki, vakansiyalar üzrə əməkhaqqı məbləği işəgötürənlər tərəfindən təhsil və ixtisas səviyyəsi, peşə bacarıqları, iş təcrübəsi, əmək funksiyalarının mürəkkəbliyi, iş şəraiti və vəzifəyə dair digər tələblər nəzərə alınmaqla müəyyən edilir.

İşsiz və ya işaxtaran şəxslər vakansiyalara müraciət üçün Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarına və ya DOST mərkəzlərinə yaxınlaşa bilərlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) hazırda müxtəlif işəgötürənlər tərəfindən təqdim olunan 65 mindən çox aktiv vakansiya mövcuddur.

Azmedia.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli məlumat yayıb.

Qeyd olunan vakansiyalar üzrə ən yüksək əməkhaqqı 10 000 manat, ən aşağı maaş isə 400 manat təşkil edir.

"İşsiz və ya işaxtaran şəxslər vakansiyalara müraciət üçün Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarına və ya DOST mərkəzlərinə yaxınlaşa bilərlər. Burada karyera məsləhətçiləri tərəfindən şəxsin məşğulluq imkanları qiymətləndirilir. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq münasib vakansiyalar təqdim olunur və şəxsin ona uyğun vakansiyaya müraciəti qeydə alınır", - məlumatda qeyd olunub.