Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak üçün Nyu-Yorka gedib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb.
Azmedia.Az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə gedib.
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumata əsasən, səfər çərçivəsində Ceyhun Bayramovun BMT Baş Assambleyasının 81-ci sessiyasında, eləcə də bir sıra digər beynəlxalq tədbirlərdə çıxış etməsi nəzərdə tutulur.
Bundan başqa, sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində xarici dövlətlərin rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.


