Qaxda iki maşın toqquşdu - Xəsarət alanlar var - Foto

Qaxda iki maşın toqquşdu -

Qaxda iki minik avtomobili toqquşub.

Azmedia.Az məlumatına görə, hadisə səhər saatlarında Qax-Qorağan avtomobil yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar - Nüşabə Musayeva, Arzuman Musayev, Gülnarə Cəfərova və Qəzənfər Həşimov  müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasının  Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. onlardan G.Cəfərovanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.//qafqazinfo