Ağır qəza baş verdi - FOTO
Cəlilabadda “Mercedes” markalı minik avtomobili yol kənarındakı elektrik transformatoruna çırpılıb.
Azmedia.Az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, avtomobilin sürücüsü qəfildən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarındakı elektrik transformatoruna çırpılıb.
Qəza zamanı sürücü yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.//teleqraf


