Bakıda çimərlikdə məşhur idmançının meyiti tapıldı - FOTO

Bakıda çimərlikdə məşhur idmançının meyiti tapıldı -

Xəbər verdiyimiz kimi, MMA döyüşçüsü və müəllimi Sərxan Vəlilinin meyiti tapılıb.

Azmedia.Az hadisənin təfərrüatlarını təqdim edir. Belə ki, hadisə 28 iyun saat 19 radələrində Şıx çimərliyində baş verib.

Çimərlik ərazisindəki konteynerdən Yardımlı rayon sakini 1998-ci il təvəllüdlü Sərxan Yadigar oğlu Vəlilinin meyiti tapılıb.

Peşəkar idmançının hansı şəraitdə ölməsi hələlik tam müəyyənləşməyib.

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.//qafqazinfo