"Starship" okeana eniş edərkən partladı - GÖRÜNTÜLƏR
"Starship" kosmik gəmisinin 14-cü sınaq uçuşu vaxtından əvvəl başa çatıb. Bundan sonra aparatın Sakit okeanın şimal hissəsində nəzərdə tutulan əraziyə enişi zamanı partlayış baş verib.
Azmedia.Az xəbər verir ki, bu barədə "SpaceX" şirkəti məlumat yayıb.
Qeyd olunub ki, "Starship" soyuq suya eniş üçün nəzərdə tutulmayıb. Buna görə də baş verən partlayış problem və ya missiyanın uğursuzluğunun göstəricisi hesab edilmir.
Dərc olunan görüntülərdə aparatın atmosferə daxil olması və bundan sonra gövdəsinin ətrafında alovlanmanın yaranması əks olunub. Daha sonra "Starship" okeanın səthinə enib və partlayış baş verib. Videoda gəminin kiçik qalıqlarının hər tərəfə səpələndiyi görünür.


