Bakıda faciəli hadisə: 61 yaşlı kişi həyatını itirdi-

Bakıda faciəli hadisə: 61 yaşlı kişi həyatını itirdi-

Bakının Suraxanı rayonunda bədbəxt hadisə ölümlə nəticələnib. Hadisə gecə saatlarında Bülbülə qəsəbəsində baş verib.

Azmedia.Az xəbər verir ki, hadisə bu gün saat 01:00 radələrində 1965-ci il təvəllüdlü Natiq Allahverdiyevin yaşadığı evdə qeydə alınıb.

Məlumata görə, N.Allahverdiyev yemək yeyərkən boğazında ət tikəsi qalıb. Nəfəs almaqda çətinlik çəkən 61 yaşlı kişi boğazını bıçaqla deşərək nəfəs yolunu açmağa çalışıb.

Lakin müdaxilə nəticəsində boğaz nahiyəsində güclü qanaxma baş verib. Kişi aldığı xəsarət və qanaxma səbəbindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.